10 C
Baku
Friday, October 25, 2024

Yaponiya iqtisadiyyatı son 5 ildə ilk dəfə resissiya ilə üzləşib

Bu ilin III rübündə Yaponiyada ÜDM istehsalı illik ifadədə 22,9% artsa da, pandemiya səbəbindən müxtəlif məhdudiyyətlər və azalan tələbatın təsiri fonunda cari ilin II rübdəki dərin iqtisadi azalmanı kompensasiya edə bilməyib.

Bu barədə Yaponiya hökumətinin təqdim etdiyi hesabatda deyilir.

Qeyd olunur ki, 2020-ci ilin III rübündə Yaponiya ÜDM-i 2020-ci ilin I rübündəki 545,7 trln. yenə (təqribən 5,2 trln. ABŞ dolları) qarşı 527,14 trln. yen (5 trln. dollar) təşkil edib. Eyni zamanda, II rübdə ölkənin ÜDM-i 29,2% azalıb ki, bu da 1955-ci ildən (statistika aparılan müddət ərzində) bəri ən böyük enmədir.

Yaponiya hökuməti hesab edir ki, artan daxili istehlakdan qaynaqlanan iqtisadi böyümə dördüncü rübdə də davam edəcək. Bu, milli ÜDM-in yarısından çoxunu formalaşdırır.

Eyni zamanda, 2019-cu maliyyə ilində (2019-cu ilin aprelindən 2020-ci ilin martınadək) ölkənin ÜDM-i 0,3% azalıb. Son 5 ildə ÜDM-də ilk dəfə qeydə alınan azalmaya alış-verişdə istehlak vergisinin artması təsir edib ki, bu da ölkədə daxili tələbatın azalmasına səbəb olub.

Xatırladaq ki, may ayında Yaponiyada sənaye istehsalı 2013-cü ilin yanvarından bəri minimuma enmişdi. İyunun əvvəlində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya iqtisadiyyatının 2020-ci ildə 7,6%-ə enəcəyini istisna etməyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər