Ölkənin Nazirlər Kabinetinin məlumatlarına görə, Yaponiyanın ÜDM-i 2024-cü ildə cəmi 0.1% artıb. Bu, iqtisadi artımın 1.5% olduğu 2023-cü ildəki nəticədən xeyli pisdir.
İqtisadiyyatın həcmini cari qiymətlərlə ölçən nominal ümumi daxili məhsul 609.29 trilyon yen (4 trilyon dollar) təşkil edib. Beləliklə, Yaponiya iqtisadiyyatı tarixində ilk dəfə olaraq 600 trilyon yen həddini keçib.
Yaponiya iqtisadiyyatı dördüncü rübdə illik müqayisədə 2.8% artıb ki, bu da “Reuters” agentliyinin sorğusuna qatılan analitiklərin 1%-lik artım proqnozunu xeyli üstələyir. Bildirilir ki, ÜDM sasən korporativ xərclər hesabına artır, istehlakçı tələbatının artımı isə yavaşlayır.
Yaponiyanın iqtisadiyyat naziri Resey Akadzava bildirib ki, ölkənin ÜDM-i artmaqda davam edəcək və tədricən bərpa olunacaq, “lakin ərzaq və digər gündəlik malların qiymətlərində davam edən artımın istehlak xərclərinə təsirini nəzərə almaq lazımdır”.