Yaponiyada işgüzar əhval-ruhiyyə göstəricilərinin aşağı düşdüyü elan olunandan iki gün sonra iqtisadiyyata məsul olan iki nazir rəsmi açıqlama verib. Maliyyə naziri Taro Aso deyib: “Hesab etmirik ki, iqtisadiyyatın vəziyyəti 2008-ci ildə qeydə alınmış dünya maliyyə böhranı səviyyəsinə düşəcək”. Nazir qeyd edib ki, hökumət bu ilin oktyabr ayında istehlak vergisinin dərəcəsini indiki 8 faizdən 10 faizə qaldırmaq niyyətindədir: “Lakin verginin dərəcəsinin artırılmasının daxili tələbatı aşağı sala biləcəyindən ehtiyatlanırıq”.
İqtisadiyyat, ticarət və sənaye naziri Xirosiqe Seko isə bəyan edib ki, daxili tələbatın əsaslandığı əsas amillərin hamısı dayanıqlıdır: “Ümumilikdə Yaponiyada məşğulluq və əməkhaqqı daim artmaqdadır. Korporasiyaların gəlirləri isə yüksəkdir”.
©Vergilər