13 C
Baku
Saturday, November 16, 2024

“Yaponiya istehsalı” adı ilə mühərrik yağı satan şəxsə maliyyə sanksiyası tətbiq olundu

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumatın araşdırılması zamanı fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlunun Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İranda istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətlərinin aşkar edilməsi ilə bağlı iş qaldırılmışdı.

Banker.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, işə baxılmanın nəticəsi olaraq, fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu barəsində 6 229 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib və Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektinə haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilib.

Son xəbərlər
Digər xəbərlər