8 C
Baku
Friday, December 13, 2024

Yaponiya istehsalı adı ilə mühərrik yağı satan şəxs barəsində iş qaldırılıb

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumatın araşdırılması zamanı fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlunun Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İran İslam Respublikasında istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da haqsız rəqabətə yol verməsi əlamətləri aşkar edilib.

Banker.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, araşdırmanın nəticəsi olaraq, fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlu barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətinin məlumatına əsasən, işə baxılmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlər görüləcək.

Son xəbərlər
Digər xəbərlər