9 C
Baku
Friday, December 13, 2024

Yaponiya, İtaliya və İngiltərə qırıcı istehsalı üçün birgə şirkət yaradacaq

Böyük Britaniya, İtaliya və Yaponiya bu ilin sonuna qədər ən son yeni qırıcı düzəltmək üçün şirkət yaratmaq niyyətindədir.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Dekabrın əvvəlində üç ölkənin hökumət başçıları 2035-ci ilə qədər döyüş təyyarəsinin yaradılmasına dair sazişin bağlanması haqqında birgə bəyanat imzalayıblar.

Bu ölkələrin parlamentləri gələn ilin ortalarına qədər sənədi ratifikasiya edəcək.

Agentliyin məlumatına görə, əsas məsələ İngiltərənin aparıcı tərəfdaş olub-olmayacağıdır.

Paralel olaraq, kommersiya əməliyyatları üçün əsas olan birgə müəssisənin yaradılması ilə bağlı danışıqlar davam etdiriləcək.

Bu, 2024-cü ilin sonuna qədər baş verməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər