26 C
Baku
Saturday, July 27, 2024

Yaponiya koronavirusun ikinci dalğasının başladığını açıqladı

Yaponiyanın Okinava adasının səlahiyyətliləri, Covid-19 koronavirusuna yuluxma hallarının artım tempindən narahatdırlar. Qeyd edildiyi kimi, infeksiyanın yayılma səbəbi amerikan hava bazaları olub.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Ölkə açıq şəkildə etiraf edir ki, koronavirus infeksiyasının ikinci dalğası artıq başlayıb. Yoluxanların sayının artması ilə əlaqədar olaraq, hökumət fövqəladə vəziyyət rejimini tətbiq etməyə məcbur olub.

Məlum olub ki, ABŞ-ın Yaponiyanı pandemiya şəraitində qorumaq məqsədini güdən təhlükəsizlik müqaviləsi tamamilə əks təsir göstərib.
Qeyd edək ki, koronavirusa yoluxmuş amerikan ordusu əsasən Okinava adasındadırlar. Bu ərazi 70-ci illərə qədər ABŞ-ın işğalı altında olub. Bu statustan istifadə edərək, Amerika hərbiçiləri sərbəst şəkildə Yaponiyaya gəlib-gedə bilirlər.

“Yaponiya müharibəni uduzan bir ölkə olaraq ABŞ-ın nəzarəti altındadır. Okinavanın geri qayıtması ilə demək olar ki, heç nə dəyişməyib. Bizim Yaponiyanın nəzarəti altında olmayan xarici qoşunlara ehtiyacımız yoxdur. Təhlükəsizlik müqaviləsi olduğu kimi qala bilər, lakin dövlətin qorunması funksiyalarını daxili qüvvələr yerinə yetirməlidir. ABŞ ordusu bizimlə həmişə işğalçı qüvvələr kimi davranacaq”.

Yaponiyanın müdafiə naziri Taro Kono izah edir ki, Amerikanın hərbi bazalarında yoluxmalar barədə məlumatlar açıq olmalıdır, bununla bağlı müəyyən sərt tədbirlər görülməlidir.

Son xəbərlər
Digər xəbərlər