9 C
Baku
Tuesday, November 5, 2024

Yaponiya Misirə maliyyə yardımı edəcək

Yaponiya hökuməti çətin iqtisadi vəziyyətdə olan, Yaxın Şərqdə vəziyyətin pisləşməsindən təsirlənən Misirə 230 milyon dollar ayırmağı planlaşdırır.

Bunu Yaponiyanın Baş naziri Fumio Kisida Dubayda Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə bildirib.

Qeyd olunub ki, Yaponiyada Misir üçün 2024-cü ildə təxminən 230 milyon ABŞ dolları məbləğində maliyyə yardımının ayrılmasına hazırlıq görüləcək.

Bundan əlavə, tərəflər Fələstin-İsrail münaqişəsinin pisləşməsini müzakirə ediblər. Kisida Misirə diplomatik səylərinə və Qəzza zolağına humanitar yardımın çatdırılmasına görə təşəkkür edib.

O, həmçinin Yaponiyanın mövqeyini təkrarlayaraq beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağın vacibliyini qeyd edib və hərbi əməliyyatlar zamanı mülki əhalinin zərər çəkməsinin qarşısını almaq üçün bütün mümkün tədbirlərin görülməli olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər