Yaponiya İmperiya titulunu rəsmi şəkildə qoruyub saxlayan sonuncu ölkədir. Yaponiyanın imperator sülaləsi heç zaman yarıda “qırılmayıb”. Hazırda Yaponiyanın imperatoru olan Akihito eramızdan əvvəl 711-ci ildə Yaponiyanın əsasını qoymuş İmperator Dzimmi-nin nəslindəndir.
Yaponiyanın bütün şimal şəhərlərində qışda qar yağdıqda keçə və səkilər qızdırılır. Bununla yanaşı Yaponiyada mərkəzi istilik sistemi yoxdur. Hər kəs öz mənzilini bacardığı şəkildə qızdırır.
Dünyanın ən bahalı əyləncə parkı olan Disney Sea məhz burada yerləşir. Dünyanın ən inkişaf etmiş metro sistemi və ən mürəkkəb piyada keçidinə də Yaponiya ev sahibliyi edir.
Yaponiya metrosunda yalnız qadınlar üçün nəzərdə tutulmuş vaqonlar vardır. Bu vaqonlar səhərlər pik saatlarda qoşulur.
Yaponiyada demək olar ki, tütün qadağası yoxdur. Dəmiryolu platforması və hava limanlarından başqa demək olar ki, hər yerdə siqaret çəkməyə icazə verilir.
Yapon dili bir neçə nəzakət dərəcəsindən ibarətdir: danışıq, hörmət, nəzakətli və çox nəzakətli. Burada adətən qadınlar hörmət, kişilər isə danışıq dərəcəsindən istifadə edir.
Yaponiyada delfinləri yeyirlər. Onlardan kusiyaki adlanan şorba hazırlayırlar. Deyilənə görə, delfin ətinin dadı balıq ətindən fərqlənir və dadlıdır.
Yaponiyada yerlşən Fuci dağı şəxsi mülkiyyət hesab edilir.