Yaponiya – müasirlik və keçmişi özündə birləşdirən ölkə
- Yaponiya İmperiya titulunu rəsmi şəkildə qoruyub saxlayan sonuncu ölkədir. Yaponiyanın imperator sülaləsi heç zaman yarıda “qırılmayıb”. Hazırda Yaponiyanın imperatoru olan Akihito eramızdan əvvəl 711-ci ildə Yaponiyanın əsasını qoymuş İmperator Dzimmi-nin nəslindəndir.
- Yaponiyanın bütün şimal şəhərlərində qışda qar yağdıqda keçə və səkilər qızdırılır. Bununla yanaşı Yaponiyada mərkəzi istilik sistemi yoxdur. Hər kəs öz mənzilini bacardığı şəkildə qızdırır.
- Dünyanın ən bahalı əyləncə parkı olan Disney Sea məhz burada yerləşir. Dünyanın ən inkişaf etmiş metro sistemi və ən mürəkkəb piyada keçidinə də Yaponiya ev sahibliyi edir.
- Yaponiya metrosunda yalnız qadınlar üçün nəzərdə tutulmuş vaqonlar vardır. Bu vaqonlar səhərlər pik saatlarda qoşulur.
- Yaponiyada demək olar ki, tütün qadağası yoxdur. Dəmiryolu platforması və hava limanlarından başqa demək olar ki, hər yerdə siqaret çəkməyə icazə verilir.
- Yapon dili bir neçə nəzakət dərəcəsindən ibarətdir: danışıq, hörmət, nəzakətli və çox nəzakətli. Burada adətən qadınlar hörmət, kişilər isə danışıq dərəcəsindən istifadə edir.
- Yaponiyada delfinləri yeyirlər. Onlardan kusiyaki adlanan şorba hazırlayırlar. Deyilənə görə, delfin ətinin dadı balıq ətindən fərqlənir və dadlıdır.
- Yaponiyada yerlşən Fuci dağı şəxsi mülkiyyət hesab edilir.