9 C
Baku
Saturday, December 7, 2024

Yaponiya müdafiə büdcəsini bu vergilər hesabına artırmaq istəyir

Yaponiya rəhbərliyi müdafiə xərclərinin artırılmasının əsas mənbələri kimi tütün məmulatlarına korporativ vergi və aksizlərin yüksəldilməsini nəzərdən keçirir.

Bu barədə “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildən etibarən korporativ gəlir vergisi və tütünə aksizlər mərhələlərlə artacaq. İndi bu yığımlar müvafiq olaraq 23,2 % və 61,7 % təşkil edir. 2011-ci il zəlzələsi və sunamidən sonra regionların bərpası üçün yığımlardan daxil olan vəsaitin bir hissəsinin istifadə edilməsi imkanları da nəzərdən keçirilir.

Yaponiya hökuməti bu yolla əlavə 1,1-1,2 trilyon iyen (8-8,7 milyard dollar) alacağını gözləyir. Bu məbləğin 70 %-ə qədərinin hüquqi şəxslər vergisinin artırılması hesabına təmin edilməsi nəzərdə tutulur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər