-3 C
Baku
Sunday, December 15, 2024

Yaponiya müdafiə büdcəsini artırır

Yaponiya parlamenti Baş nazir Fumio Kisidanın ölkənin hərbi qüdrətinin artırılması təşəbbüsünü dəstəkləyən müdafiə xərclərinin artırılması üçün xüsusi fondun yaradılması haqqında qanunu qəbul edib.

Müxalifət partiyalarının ona mane olmaq cəhdlərinə baxmayaraq, qanun layihəsi Şura Palatası tərəfindən təsdiqlənib.

Yeni qanun Baş nazir Fumio Kisidanın müdafiə qabiliyyətini gücləndirmək üçün 2027-ci maliyyə ili ərzində 300 milyard dollardan çox vəsait ayırmaq planının tərkib hissəsidir. Plana əsasən, hökumət lazımi maliyyələşməni dövlət aktivlərinin satışı və ya bəzi xüsusi dövlət büdcəsi hesablarında artıq vəsaitlərin istifadəsi hesabına təmin edəcək.

Qeyd edək ki, bu gün Yaponiyanın müdafiə büdcəsi ÜDM-in təxminən 1 faizi ilə məhdudlaşır, lakin xərclərin 2027-ci maliyyə ilinə qədər 2 faizə yüksələcəyi ehtimal edilir.

Son xəbərlər
Digər xəbərlər