5 C
Baku
Friday, March 29, 2024

Yaponiya pandemiyanın mənfi təsirlərinin aradan qaldırılmasına 350 mlrd. dollar ayıracaq

Yaponiyanın yeni iqtisadi stimullaşdırıcı paketi 40 trln. yen və ya 350 mlrd. ABŞ dolları həcmində vəsait tələb edəcək. Bu məbləğ koronavirus pandemiyası və enerji qiymətlərinin artımı nəticəsində müşahidə edilən mənfi təsirlərin aradan qaldırılmasına yönəldiləcək.

Sözügedən məbləğ xərclər planının layihəsində əks olunub.

Xərclər, çox güman ki, bəzi yeni borclar hesabına maliyyələşdiriləcək və bu, Yaponiya iqtisadiyyatının iki dəfədən çox borclanmasına gətirib çıxaracaq. Sözügedən məbləğ analitiklərin gözləntilərini belə ciddi şəkildə aşıb.

Qeyd edilir ki, qlobal xam neft qiymətlərinin artması, eləcə də çip çatışmazlığı və tədarük zəncirindəki məhdudiyyətlər, pandemiya və tədarük məhdudiyyətləri istehlak və istehsala zərər verdiyi üçün idxaldan asılı Yaponiya iqtisadiyyatı III rübdə azalma yaşayıb.

Yaponiyanın iqtisadiyyat naziri Daişiro Yamagiva jurnalistlərə açıqlamasında bildirib ki, gələcək stimullaşdırıcı paketdə artan enerji xərcləri ilə bağlı çevik tədbirlərin hazırlanacaq və növbəti addımlar kənd və meşə təsərrüfatları və balıqçılıq kimi sektorlara, eləcə də yanacaqdan istifadə etmədən fəaliyyət göstərə bilməyən logistika şirkətlərinə yönəldiləcək. Bundan əlavə, layihədə göstərildiyi kimi, paketə daxil ediləcək digər tədbirlər yerli yarımkeçiricilərin istehsalının artırılmasına yönəlmiş addımlar, eləcə də universitetlərə elm və texnoloji tədqiqatları artırmaq üçün daha çox vəsait verməyə yönəlmiş 10 trnl. yeni (87,5 mlrd. dollar) özündə birləşdirir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər