21 C
Baku
Friday, September 20, 2024

Yaponiya pandemiyaya rəğmən Azərbaycana investisiya yatırımlarını 28% artırdı

Yaponiya Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa investisiyaların həcmini 2020-ci ildə 28.5 faiz artırıb.

Banker.az xəbər verir ki, Yaponiya ötən il Azərbaycan iqtisadiyyatına 343.65 milyon dollar təşkil edib.

Bununla da Yaponiyanın ümumi cəlb olunmuş investisiyada payı son bir ildə 6.3 faizdən 7.6%-ə çatdırıb.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatına bu ölkədən 2019-cu ildə 267.43 milyon dollar xarici investisiya cəlb etmişdi.

Yaponiya Azərbaycanda neft və qeyri-neft sektorunda sərmayələr yatırır. 2018-ci ilin son statistikasında göstərilirdi ki, Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı, tikinti, sənaye sahələrində 30 yapon şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycan iqtisadiyyatına 7 mlrd. dollara yaxın investisiya yatırıb ki, bunun 100 milyon dollardan çoxu qeyri-neft sənayesinə yönəldilib.

Son xəbərlər
Digər xəbərlər