14 C
Baku
Wednesday, April 17, 2024

Yaponiya parlamentin aşağı palatasını buraxır

Yaponiya hökuməti parlamentin aşağı palatasını buraxır. Verilən məlumata görə, bu, növbədənkənar seçkilər keçirməyə imkan verəcək.

Banker.az xəbər verir ki, Yaponiyanın yeni Baş naziri Fumio Kisida Nümayəndələr Palatasını bu gün, oktyabrın 14-də buraxmaq istəyir.

Cənab Kisida onu dəstəkləyən hökumətin digər nümayəndələri tərəfindən baxılması üçün parlamentin əsas palatasının buraxılması ilə bağlı təklif irəli sürüb. Xatırladaq ki, ölkə konstitusiyasına görə, qərar imperator Naruhito tərəfindən də təsdiqlənməlidir.

Oktyabrın 4-ü Yaponiya parlamentinin aşağı palatası hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbəri Fumio Kisidanı çox səs çoxluğu ilə ölkənin 100-cü baş naziri seçilib. Elə həmin gün Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb.

Oktyabrın 12-si parlamentdəki müzakirələr zamanı cənab Kisida Yaponiyanın suverenliyinin digər şeylərlə yanaşı Cənubi Kuril adalarına da aid olduğunu söyləyib.

Son xəbərlər
Digər xəbərlər