14 C
Baku
Saturday, November 23, 2024

Yaponiya qardan elektrik enerjisinin istehsalına çalışır

Yaponiyanın Honsü adasının şimalında yerləşən Aomori şəhərində qarın ərintisindən elektrik enerjisi istehsalı üzrə pilot layihəyə start verilib.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bu məqsədlə qar xüsusi izolyasiya edilmiş keçmiş məktəb hovuzunda yığılır və ərimiş maye ətrafdakı havanın istiliyindən buxarlanaraq turbini hərəkətə gətirir. Layihə yerli İT şirkətinin Tokionun Elektrokommunikasiya Universiteti ilə əməkdaşlığı nəticəsində reallaşıb.

Turbinin məhsuldarlığını artıran daha böyük temperatur fərqi əldə etmək üçün mütəxəssislər gələcəkdə yerli isti bulaqların təbii istiliyindən və Yerin istiliyindən istifadə etməyi planlaşdırırlar.

Aomori Yaponiyanın şimal hissəsində yerləşir, burada hər qış intensiv qar yağır, bunun nəticələrinin aradan qaldırılması üçün yerli hakimiyyət orqanları çoxlu pul xərcləyir. Şəhərin küçələrinin təmizləndiyi qar kütlələri əvvəllər sadəcə olaraq dənizə atılırdı. İndi yerli hakimiyyət orqanları toplanan qardan, məsələn, elektrik enerjisi istehsal etmək üçün təbii ərimə proseslərindən istifadə etməklə kapital qazanmağa çalışır.

Təcrübənin nəticəsinin məhsuldar olacağı halda, onlar qarın emalına əsaslanan tamamilə yeni sənayenin yaranmasına ümid edirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər