Yaponiya qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon dollar ayıracaq, bu barədə ölkənin Baş naziri Fumio Kisida G7 sammitində məlumat verib. Bildirilir ki, ayrılan vəsaitlər Ukrayna, Afrika və Yaxın Şərq ölkələrinə yönəldiləcək.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xatırladaq ki, BMT-nin Ümumdünya Ərzaq Proqramına görə, 2022-ci ildə ərzaq çatışmazlığı yaşayan insanların sayı 47 milyon arta bilər.