6 C
Baku
Saturday, December 14, 2024

Yaponiya raket buraxılışı ilə bağlı Şimali Koreyaya etiraz edib

Yaponiya Koreyaa Xalaq Demokratik Respublikasına (KXDR) Yapon dənizi istiqamətində raketlərin buraxılması ilə bağlı etirazını bildirib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi bəyanat yayıb.

“Şimali Koreyanın bir sıra hərəkətləri, o cümlədən onun dəfələrlə ballistik raketlər buraxması Yaponiyanın sülh və təhlükəsizliyini təhdid edir. Yaponiya Şimali Koreyaya kəskin etirazını bildirib və bunu kəskin şəkildə pisləyir”, – deyə qeyd olunub.

Qeyd edib ki, bu cür raket atışları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.

Bundan əvvəl “Yonhap” agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən Şimali Koreyanın Yapon dənizinə doğru növbəti ballistik raket atdığını bildirmişdi.

Sonradan məlum olub ki, KXDR daha bir raket buraxıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər