18 C
Baku
Sunday, April 28, 2024

Yaponiya raketlər almaq üçün ABŞ-a müraciət edib

Yaponiya hökuməti Amerika istehsalı olan “Tomaqavk” qanadlı raketlərini almaq təklifi ilə ABŞ-a müraciət edib.

Bu barədə “Yomiuri” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Vaşinqton bu təklifə müsbət reaksiya verib və tədarüklə bağlı danışıqlar artıq son mərhələyə qədəm qoyur.

Yaponiya “Tomaqavk” raketlərinin qəbulunu regional vəziyyətin gərginləşməsi fonunda çəkindirmənin gücləndirilməsi elementi kimi qiymətləndirir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər