Yaponiya rus diplomatı ölkədən çıxarmağı planlaşdırır

Rəsmi Tokio Rusiya tərəfinin Yaponiyanın Vladivostokdakı Baş Konsulluğunun konsulunu persona non-qrata elan etməsinə cavab olaraq rusiyalı diplomatı ölkədən çıxarmağı planlaşdırır.

Bu barədə Yaponiyanın ən böyük “Yomiuri” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, hazırda bu məsələ üzərində iş aparılır.

Nəşrin məlumatına görə, Yaponiya hakimiyyəti yaxın vaxtlarda Rusiya tərəfini müvafiq qərarla bağlı məlumatlandıracaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər