-1 C
Baku
Sunday, December 15, 2024

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Yaponiyanın baş naziri Fumido Kisida ölkəsinin Rusiya ilə ərazi ixtilafından danışıb.

O, Yaponiyanın Rusiya ilə sülh müqaviləsi bağlamaq istədiyini açıqlayıb.

“Baxmayaraq ki, Ukrayna ətrafındakı situasiya ilə əlaqədar Moskva və Tokio arasında münasibətlər gərgindir, Yaponiya hökuməti ərazi məsələsinin həlli istiqamətində siyasətini və Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyini qoruyub saxlayır”, – deyə o Kisida qeyd edib.

Xatırladaq ki, II Dünya müharibəsində Rusiya Yaponiyanın Kuril adalarındakı torpaqlarını tutub. Müharibədən sonra hələ də iki ölkə arasında sülh razılaşması olmayıb və tərəflər Kurili öz əraziləri hesab edirlər.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər