9 C
Baku
Sunday, November 17, 2024

Yaponiya Rusiyadan neft idxalını 90% azaldıb

Ötən ilin ikinci yarısında Yaponiya Rusiyanın enerji resurslarından asılılığını azaltmaq məqsədilə bu ölkədən neftinin alışını 90 faiz azaldıb.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

“Ölkəmiz Rusiyanın enerji mənbələrindən, o cümlədən neft və kömürdən asılılığının azaldılması kursunu davam etdirir. 2022-ci ilin ikinci yarısında Rusiyadan neft alışının həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 90 faiz azalıb, kömür isə təqribən 60 faiz təşkil edib”, -deyə o qeyd edib.

Baş katib vurğulayıb ki, Yaponiya G7 ölkələri ilə sıx əməkdaşlıq edərək öz enerji təhlükəsizliyini qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər