12 C
Baku
Thursday, November 14, 2024

Yaponiya Rusiyadan neft idxalını bərpa edib

Yaponiya iyul ayında yenidən Rusiyadan neft idxal etməyə başlayıb. Xatırladaq ki, iyun ayında xammal idxalı sıfıra endirilib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci ilin iyul ayına qədər neft alışının həcmi 65% azalıb. 2021-ci ilin iyul ayına mayeləşdirilmiş təbii qazın tədarük həcmi 26.1% azalıb. Kömür (40.1%), filiz (84.9%), taxıl (73.1%), tərəvəz (60.6%) tədarükü də aşağı düşüb. Balıq və balıq məhsullarının idxalı isə 21.7% artıb.

Ümumilikdə, Rusiyadan idxal 31% artaraq 174 milyard yenaya (1.3 milyard dollar) yüksəlib. İxrac isə 49.5% azalaraq 40.7 milyard yen (303 milyon dollar) təşkil edib. Dəyər baxımından Yaponiyaya mineral yanacaq idxalı enerji qiymətlərinin artması fonunda ümumilikdə 45.1% artıb.

Son xəbərlər
Digər xəbərlər