7 C
Baku
Sunday, December 15, 2024

Yaponiya Rusiyadan qaz (LNG) almağa davam edəcək

Yaponiyanın Rusiya qazından imtina etməsi ölkənin energetika sənayesindəki ağır vəziyyətə görə çətin olacaq.

Bu barədə “Financial Times”a Yaponiyanın Mitsui O.S.K. Lines şirkətinin prezidenti Takesi Hasimoto deyib.

“İndi spot bazarda həm mayeləşdirilmiş təbii qaz (LNG), həm də kömür kifayət qədər bahadır. Bu, Yaponiyanın Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandırmaq istəməməsinin səbəblərindən biridir. Yaponiya alıcıları “Saxalin-2” layihəsinin yataqlarından mayeləşdirilmiş təbii qaza ehtiyac duyurlar. Biz Rusiyanın milliyyət siyasətindən asılı olmayaraq, onlara həmişəki kimi xidmətlərimizi göstərməyə davam etmək üçün hər cür səy göstərəcəyik”-deyə, o bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər