8 C
Baku
Monday, November 18, 2024

Yaponiya Rusiyaya bəzi xidmətlərin göstərilməsini qadağan edəcək

Yaponiya Rusiya Federasiyasına tikinti və mühəndislik xidmətlərinin göstərilməsini qadağan edəcək.

Bu barədə “Nikkei” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu qərar Ukraynadakı vəziyyətlə əlaqədar yeni anti-Rusiya sanksiyalar paketinin bir hissəsi olaraq verilib.

Əlavə məhdudiyyətlərlə bağlı başqa hər hansı təfərrüatlar açıqlanmayıb.

Son xəbərlər
Digər xəbərlər