9 C
Baku
Monday, November 18, 2024

Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Yaponiya Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.

Bu haqda Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa açıqlama verib.

Hayaşi bəyan edib ki, ölkəsi Baş nazir Kişida Fumionun göstərişlərinə uyğun olaraq, G-7 ölkələri ilə əməkdaşlıq çərçivəsində sanksiyaların tətbiqi də daxil olmaqla, “diplomatik cavabları” davam etdirəcək.

Rusiya və Ukraynadakı Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin edəcəklərini bildirən Hayaşi Yaponiyanın müdafiə sistemini qoruyacaqlarını qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər