12 C
Baku
Friday, January 10, 2025

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Yaponiya hökuməti Rusiyadan 11 fiziki şəxs, 51 hüquqi şəxs və 3 banka, həmçinin 8 ölkədən onlarla şirkət və 1 fiziki şəxsə qarşı sanksiya tətbiq etmək qərarını açıqlayıb. Tokio həmçinin Rusiyaya qarşı yanvarın 23-dən qüvvəyə minəcək ixrac məhdudiyyətləri tətbiq etdiyini bildirib.

Tədbirlər xüsusilə “Alrosa”nın baş direktoru Pavel Marinychev, “Rostex” dövlət korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakov, “PSV Technologies”in rəhbəri Sergey Petrov və digər səkkiz şəxsin aktivləri aşkar edilərsə, dondurulmasını nəzərdə tutur.

Eyni tədbirlər Çin (18), BƏƏ (1), Qazaxıstan (1), Qırğızıstan (2), Tailand (1) və Türkiyədən (8) olmaqla 31 şirkətə şamil edilib.

Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi 15.9% azalaraq təxminən 650 milyon dollar təşkil edib. Bununla yanaşı, Tokio ilin eyni dövrü ilə müqayisədə Rusiyaya plastik ixracını 1000%-dən çox artırıb. Yaponiya tərəfi Rusiyaya həmçinin motosiklet, avtomobil hissələri və tibbi məhsulların ixracını artırıb.

Son xəbərlər
Digər xəbərlər