9 C
Baku
Thursday, November 28, 2024

Yaponiya Rusiyaya təyyarə və oyuncaqların ixracını qadağan edib

Yaponiya aprelin 7-dən Rusiyaya polad, alüminium və onlardan hazırlanan məhsulların ixracına qadağa qoyur, bu barədə ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin saytında bildirilir.

Bundan əlavə, ixracı qadağan edilmiş mallara təyyarələr, kosmik gəmilər və onlar üçün mühərriklər, dronlar, tikinti texnikası (ekskavatorlar, buldozerlər), elektrik avadanlıqları (generatorlar, naviqasiya avadanlığı), optik avadanlıqlar (fotoqrafik avadanlıq, durbin), optik lif, oyuncaqlar və s. daxil olub.

Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Bu il Tokio həmçinin vaksinlərin, tibbi avadanlıqların, robotların, radioaktiv materialların, nüvə obyektləri üçün avadanlıqların, neft və təbii qaz kəşfiyyatının Rusiyaya idxalına qadağa qoyub. Rusiya sanksiyaları qeyri-legitim adlandırır və onların ləğvini zəruri hesab edir.

Son xəbərlər
Digər xəbərlər