Yaponiya bir sıra Rusiya vətəndaşlarına və təşkilatlarına yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Bu barədə Uzaq Şərq ölkəsinin Baş naziri Fumio Kisida G7 liderlərinin onlayn danışıqlarında söyləyib.
Yaponiya hökumətinin başçısı vurğulayıb ki, hazırda Ukrayna ilə həmrəylik nümayiş etdirmək vacibdir, çünki döyüşlər uzanıb və vəziyyət çətin olaraq qalmaqda davam edir. O əlavə edib ki, Kiyevə dəstək 2024-cü ildə də əsas prioritetlərdən biri olaraq qalacaq.