26 C
Baku
Thursday, May 30, 2024

Yaponiya Rusiyaya yük maşınları və buldozerlərin ixracını qadağan edir

Yaponiya iyunun 17-dən Rusiyaya yük maşınlarının, özüboşaldan yük maşınlarının, buldozerlərin ixracını qadağan edir.

Bu barədə cümə günü, iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Haqiuda deyib.

Onun sözlərinə görə, bu qərar hökumətin sənaye infrastrukturunun gücləndirilməsinə kömək edən məhsulların Rusiyaya ixracına qadağa qoyulması ilə bağlı əvvəlki qərarı ilə bağlıdır.

“İyunun 17-dən yük maşınları, özüboşaltma maşınları, buldozerlər və digər avadanlıqların tədarükünə qadağa qoyulacaq”, – Koiti Haqiuda qeyd edib.

Xatırladaq ki, bundan əvvəl, iyunun 7-də Tokio Rusiya və Belarusun bir sıra banklarını sanksiyalar siyahısına əlavə edib. Belə ki, “Moskva Kredit Bankı”, “Rusiya Kənd Təsərrüfatı Bankı” və “Belarus İnkişaf və Yenidənqurma Bankı” məhdudiyyətlərə məruz qalıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər