Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın 140 vətəndaşının aktivləri dondurulacaq, sanksiyalara məruz qalan Rusiya banklarının siyahısı genişləndiriləcək.
Kişida bildirib ki, Yaponiya Rusiyaya qabaqcıl texnologiyaların idxalına qoyulan embarqonu da genişləndirəcək, o cümlədən kvant kompüterlərinin tədarükünü qadağan edəcək.