Yaponiyanın “Topix” fond indeksi ölkədə 2011-ci ildə baş verən zəlzələ və sunamidən sonra iki gündə ən böyük enişlə üzləşib. Cümə günü, avqustun 2-də “Topix” iki gün ərzində 9.2% itirib, “Bloomberg” yazır. “Nikkei 225” indeksi avqustun 2-də ticarətdən sonra 5.81% ucuzlaşıb.
Yaponiya Bankı faiz dərəcələrini əvvəlki 0-0.1%-dən 0.25%-ə qaldırdıqdan və yenanın sonradan möhkəmlənməsindən sonra Yaponiya indeksləri kəskin şəkildə aşağı düşüb. Tənzimləyici yenicə siyasətini sərtləşdirməyə başlayıb, bazarlar isə getdikcə ABŞ faiz dərəcələrinin düşəcəyini gözləyir.
Yapon səhmlərinin düşməsi 2024-cü ilin əvvəlində yenanın zəifləməsi və texnologiya səhmlərində qlobal rallinin baş verməsi ilə əlaqələndirilir.
Fevral ayında “Nikkei 225” 1989-cu ildən bəri yeni rekord qırıb və martda ilk dəfə olaraq 40 000-dən yuxarı qalxıb. İyul ayında ən yüksək nöqtədə “Nikkei 225” 42 426.77 səviyyəsində olub.