3 C
Baku
Cümə, Yanvar 21, 2022

Yaponiya “sağlam uzunömürlülük” üzrə dünya rekordunu qırıb

Yaponiya “sağlam uzunömürlülük” üzrə dünya rekordunu qırıb.

Banker.az xəbər verir ki, bu barədə ölkənin Əmək, Səhiyyə və Rifah Nazirliyi məlumat verib. “Yaponiyada sağlam uzunömürlülük yaşı – həm kişilər, həm də qadınlar üçün – dünyada ən yüksəkdir”, – deyə mesajda bildirilib.

2016-cı ilin məlumatları ilə müqayisədə artım qadınlarda 0.59, kişilərdə isə 0.54 il olub. 2001-ci illə müqayisədə isə “sağlam uzunömürlülük” yaşı qadınlarda 2.73, kişilərdə 3.28 il artıb.

Eyni zamanda nazirlik qeyd edir ki, Yaponiya “G7” ölkələri arasında ən yüksək ömür uzunluğuna malikdir – kişilərdə 81.41, qadınlarda 87.45 yaş.

“Tibbi texnologiyaların inkişafı ilə yanaşı, ictimai gigiyena, qida məhsullarının keyfiyyəti, yaşayış mühitinin yaxşılaşdırılması hesabına həyat səviyyəsinin yüksəlməsi nəticəsində inkişaf etmiş ölkələrdə ölüm hallarının azalması müşahidə olunur, lakin hətta bu fonda Yaponiyada sağlam uzunömürlülük yaşı yüksək səviyyədədir”, – nazirliyin məruzəsində deyilir.

Son xəbərlər
Oxşar xəbərlər