1 C
Baku
Saturday, December 14, 2024

Yaponiya Şimali Koreya ilə əlaqəli bir neçə şirkətə qarşı sanksiyalar tətbiq edib

Yaponiya hökuməti Koreya Xalq Demokrtaik Respublikasının (KXDR) nüvə-raket proqramı ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar, o cümlədən aktivlərin aşkar ediləcəyi təqdirdə dondurulması tədbirini tətbiq edib.

Bunu bazar ertəsi mətbuat-konfransı zamanı Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno deyib.

Onun sözlərinə görə, sanksiyalar KXDR-nin “təkrar təxribat xarakterli hərəkətləri” səbəbindən qəbul edilib. Baş katib qeyd edib ki, belə bir siyasətin yürüdülməsi qəbuledilməzdir.

“Onlar Yaponiyanın və dünya birliyinin sülh və sabitliyinə təhlükə yaradırlar”, – deyə baş katib bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər