13 C
Baku
Wednesday, May 8, 2024

Yaponiya Şimali Koreya ilə bağlı yeni sanksiyalar tətbiq edib

Yaponiya Şimali Koreyanın raket proqramlarına görə yeni sanksiyalar tətbiq edib.

Yaponiya Xarici İşlər Nazirliyi KXDR-in nüvə və raket proqramlarında və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qadağan olunan digər fəaliyyətlərdə iştirak etdiyini hesab etdiyi təşkilatlara və şəxslərə qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Sanksiya siyahısına Moskvada yerləşən “Intellekt LCC” şirkəti də daxil olmaqla, dörd təşkilat və eyni sayda fiziki şəxs daxil edilib, qalan şirkətlər Slovakiya, Çin və KXDR-də yerləşir. Siyahıda həmçinin rusiyalı, Slovakiya vətəndaşlığı olan Azərbaycan əsilli şəxs, həmçinin Rusiya, Çin və Belarusiyada yaşayan KXDR vətəndaşları olub.

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirib ki, Yaponiya peykin buraxılmasına cavab olaraq ABŞ, Cənubi Koreya və Avstraliya ilə birlikdə Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Noyabrın 22-də Koreya Mərkəzi Xəbər Agentliyi “Malligen-1 kəşfiyyat peykinin buraxılışından fotoları dərc edib. Daha sonra Şimali Koreya KXDR peykinin Ağ Evin və Pentaqonun şəkillərini çəkə bildiyini bildirib.

Pentaqon Şimali Koreyanın öz peykini orbitə çıxardığını etiraf edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər