9 C
Baku
Monday, November 18, 2024

Yaponiya Şimali Koreyaya etiraz edib

Yaponiya hökuməti cümə axşamı həyata keçirilən ballistik raketin buraxılışı ilə bağlı KXDR-ə etiraz edib.

Bu barədə Yaponiyanın paytaxtı Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

“Biz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etirazımızı bildirdik. Bu cür hərəkətlər ölkəmizin və bütün regionun təhlükəsizliyini təhdid edir”, – o deyib.

Bundan əvvəl Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Şimali Koreyanın cümə axşamı atdığı ballistik raket qitələrarası olub.

Qeyd olunub ki, Şimali Koreya raketinin maksimal uçuş hündürlüyü 6 min km-i keçib, uçuş təxminən 70 dəqiqə davam edib, uçuş məsafəsi bir neçə min kilometr olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər