7 C
Baku
Sunday, December 15, 2024

Yaponiya Şimali Koreyaya etirazını bildirib

Yaponiya hökuməti raketlərin buraxılması ilə bağlı Şimali Koreya rəhbərliyinə etirazını bildirib.

Bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno məlumat verib.

“Raketlərin buraxılması ilə əlaqədar biz Pekindəki səfirlik vasitəsilə dərhal Koreya Xalq Demokratik Respublikasına kəskin etirazımızı bildirdik”, – o vurğulayıb.

Xatırladaq ki, Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın gün ərzində 3 raket buraxılışı həyata keçirdiyini açıqlamışdı.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər