6 C
Baku
Sunday, December 15, 2024

Yaponiya Şimali Koreyaya görə yeni kəşfiyyat peyki buraxıb

Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkəti Şimali Koreyanın raket buraxılışlarını izləmək üçün yeni kəşfiyyat peyki “H-2A” daşıyıcı raketini buraxıb.

Bu barədə korporasiyanın saytında məlumat yayılıb.

Kaqosima prefekturasının cənub-qərbindəki Taneqaşima Kosmik Mərkəzindən buraxılışın canlı yayımı aparılıb.

“Radar 7” adlanan cihaz səkkiz kəşfiyyat peykindən ibarət mövcud bürcün bir hissəsi olmalıdır.

Onlardan bəziləri optik sensorlar vasitəsilə yer səthinin görüntüsünü ötürən optik peyklər, digərləri isə radardan istifadə edərək Yeri skan edən radar peykləridir.

Zamanla “Radar 7” 2017-ci ildə buraxılmış “Radar 5” peykini əvəz edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər