Yaponiya şirkəti yeniyetmələr üçün yeni model smartfon istehsal edib

Yaponiyanın “Tone Mobile” şirkəti yeniyetmələr üçün yeni model smartfon istehsal edib.

“Sora News” xəbər verir ki, “e20” smartfonunda quraşdırılmış süni intellekt avtomatik olaraq çılpaq şəkli tanıyır və onu telefonda saxlamağa imkan vermir.

Yeniyetmə intim şəkli çəkər-çəkməz sistem nəinki “Stop” bildirişi verəcək, həm də istifadəçinin valideyninə ismarış göndərəcək. Valideyn şəklin həm harada çəkildiyini, həm də şəkildə olan şəxsin üzünün təsvirini görəcək.

“Tone Mobile”ın nümayəndələri şəkilləri öz serverlərində saxlamayacağına söz veriblər.

Əslində, göstəricilərinə görə “e20” adi smartfondur. Qiyməti 180 ABŞ dollarıdır. 6,26 düym displey, 64 GB yaddaş, üçlü kamera, barmaq izi skaneri və 3 900 mA/s tutumlu batareyası var. Telefon “Android”in 9-cu versiyasında işləyir.

Ancaq bununla belə, smartfonda intim şəkil çəkməyi qadağan edən funksiyanı parol vasitəsilə söndürmək mümkündür. Yeniyetmə parolu bildiyi halda istədiyi şəkilləri çəkə biləcək. Şirkət yeni modelin kütləvi satışı üçün nəzarət sistemini məcburi etməyib.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları