Davam edən koronavirus infeksiyası insanların davranış vərdişlərini nəinki dəyişdirib, həm də virusologiyadan uzaq olan bir çox şirkəti insanın həyatını yeni reallıqlarda asanlaşdıracaq məhsullar hazırlamağa məcbur edib. Belə məhsullardan biri bank strukturları tərəfindən istifadə edilə biləcək “antivirus təsirli” plastik kartıdır.
“Antivirus kartı” yapon şirkəti “Toppan Printing” tərəfindən hazırlanmışdır. Bu məhsulun özünəməxsusluğu “24 saat ərzində səthdə virus hissəciklərin konsentrasiyasını 99% və ya daha çox azaltmağa qadir olan komponentdədir”.
“Antivirus təsiri çox uzun müddət qalır, çünki komponent kartın materialına yeridilib”, – deyə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin sözçüsü bildirib.
Şirkətdən verilən məlumata görə, gələcəkdə “antivirus kartları” həyatın müxtəlif sahələrində tətbiq edilə bilər.
“Buraya xüsusən həm əlaqə funksionallığı, həm də ağıllı kredit kartları daxil olmaqla, təmassız interfeys kartları daxildir. Onlar maliyyə qurumları, tibb müəssisələri, qida sənayesi şirkətləri və bazarın digər sahələrində istifadə edilə bilər”, – mesajda bildirilir.
Bankçılıqla yanaşı, şirkət “antivirus kartları”ndan dövlət qurumlarında da daxil olmaqla şəxsiyyət vəsiqələrinin hazırlanmasında istifadə edilə biləcəyini gözləyir.