16 C
Baku
Thursday, April 25, 2024

Yaponiya şirkəti Qarabağda “Yaşıl Enerji Zonası”nın Baş Planını hazırlayacaq

Yaponiyanın TEPSCO şirkəti “İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” Konsepsiya sənədini hazırlayaraq hökumətə təqdim edib.

Banker.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Bildirilir ki, konsepsiya çərçivəsində əhalinin məskunlaşması və iqtisadi inkişaf ssenarilərindən asılı olaraq enerji təchizatı variantları dəyərləndirilib.

Bundan əlavə, ərazinin enerji potensialı nəzərə alınmaqla tətbiq ediləcək müxtəlif yaşıl texnologiyalar üzrə təhlillər aparılıb. Konsepsiya çərçivəsində müəyyən edilərək təklif edilmiş ssenari üzrə daha təfsilatlı təhlil və təklifləri özündə əks etdirəcək Baş Plan sənədinin 2022-ci ilin birinci yarısında hazırlanması nəzərdə tutulur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər