6 C
Baku
Thursday, January 9, 2025

Yaponiya şirkəti tərəfindən “Gələcəyin şəhəri” təqdim edilib

Yaponiyanın “Toyota” şirkəti tərəfindən “Woven City” (“Gələcəyin şəhəri”) adlı nəhəng layihə hazırlanıb.

Yüksək və ən müasir texnologiya ilə təchiz ediləcək şəhər artıq 2025-ci ilin payızında sakinlərini qəbul etməyə hazır olacaq.

Şəhər Yaponiyada Fuci dağının ətəyində yerləşir. Yaşayış məkanında süni intellekt və digər qabaqcıl texnologiyalarla təmin edilmiş “ağıllı evlər” inşa edilib.

Layihənin baş direktoru Akio Toyoda bildirib ki, 10 milyard dollar dəyərində olan “Woven City” gələcəyin texnologiyalarını inkişaf etdirmək baxımdan laboratoriya rolunu oynayacaq.

Artıq bu ilin payızında “Woven City” orada pulsuz yaşayacaq ilk 100 sakinini qəbul etməyə hazırdır. “Ağıllı şəhər”də gecə sizi təhlükəsiz şəkildə evə yola salacaq dronlar, yaşlılara kömək edəcək interaktiv ev heyvanları və gündəlik işlərdə kömək edəcək dronlar mövcud olacaq”, – deyə Akio Toyoda vurğulayıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər