2 C
Baku
Sunday, December 15, 2024

Yaponiya şirkəti üçölçülü xəritə hazırlayır

Yaponiyanın “Dynamic Map Planning” şirkəti özüidarəolunan avtomobillər üçün nəzərdə tutulan üçölçülü xəritələrin yaradılması üzərində işləyir.

Yeddi fərqli subyektdən təqribən 34 milyon dollar maliyyə yardımı alan şirkət layihə üzərində elektron məhsullar, xəritələr buraxan nəşriyyat və avtomobil istehsal edən şirkətlərlə birlikdə çalışır.

Yeni xəritələrin özüidarəolunan avtomobillərin gələcək sistemlərinin əsasını təşkil edəcəyi bildirilir. Bu xəritələr sürətli avtomobil yollarında xətlərin sayı və hərəkəti idarə edən siqnallar da daxil olmaqla tam informasiyanı özündə əks etdirəcək. Şirkət 2018-ci maliyyə ilində lazım olan bütün informasiyaları əldə edəcəyinə inanır.

Son xəbərlər
Digər xəbərlər