Oktyabrın 25-də Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Şiniçi Honda və iqtisadi məsələlər üzrə attaşesi Akira Sanno İnnovasiyalar Agentliyinin fəaliyyəti ilə tanış olublar.
Agentlikdən bildirilib ki, görüşdə İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli Azərbaycanda innovasiya və yüksək texnologiyaların vəziyyəti, ölkədə bu sahədə yaradılmış investisiya imkanları haqqında qonaqlara məlumat verib.
Ş.Honda Yaponiya şirkətlərinin Azərbaycanla əməkdaşlıq məsələlərinin müzakirəsinə hazır olduqlarını vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri və Azərbaycanda investisiya imkanları da müzakirə edilib.