Yaponiyanın nəhəng kağız istehsalı şirkətləri plastik tullantıların miqdarının azaldılması məqsədilə başlanan qlobal təşəbbüsdən mənfəət əldə etmək məqsədilə bu məhsullara alternativ hazırlamağa başlayıblar.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, “Oji Holdings” şirkəti yüngül yeməklər üçün kağız bağlama istehsalına başlayıb.
“Nippon Paper Industries” şirkəti isə meyvə şirələri və buna bənzər digər içkilər üçün kağız stəkanlar istehsal edəcək. Yaponiya kağız sənayesi müəssisələri bununla qlobal plastik tullantılar probleminin həllinə yardım etmək niyyətindədir.