Hökumətin ilkin məlumatlarına görə, Yaponiya iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə əvvəlki üç ayla müqayisədə 0.1% azalıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Trading Economics” tərəfindən istinad edilən analitiklər 0.3% artım gözləyirdilər.
Yenidən işlənmiş məlumatlara görə, iqtisadiyyat üçüncü rübdə əvvəl elan edildiyi kimi 0.7% deyil, 0.8% kiçilib.
Beləliklə, ölkə iqtisadiyyatı son beş ildə ilk dəfə tənəzzülə girib.
Oktyabr-dekabr aylarında istehlak xərcləri əvvəlki üç ayla müqayisədə 0.2%, biznes kapital qoyuluşu və dövlət xərcləri 0.1% azalıb.
İxrac bir rüb əvvəl 0.9%, idxal isə 1.7% artıb.