22 C
Baku
Thursday, June 13, 2024

Yaponiya startapı Ayda ilk özəl şirkət olmaq üçün kosmik raket buraxıb

Aya eniş edəcək ilk özəl şirkət olmağa can atan Yaponiya startapı bu məqsədlə ABŞ-ın Florida ştatından göyərtəsində modul olan kosmik raket buraxıb.

“Hakuto-R” tədqiqat proqramının tərkib hissəsi olan “Ispace Inc.” şirkəti tərəfindən hazırlanmış eniş modulunun gələn il aprelin sonlarında Aya enməsi nəzərdə tutulur. Bildirilir ki, yapon folkloruna əsasən Ayda yaşayan ağ dovşanın adını almış proqramın birinci mərhələsində Yerin yeganə təbii peykinə digər faydalı yüklərin çatdırılması nəzərdə tutulur. Bunların arasında Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinin (JAXA) və “Tomy Co.” Şirkətinin hazırladığı robot-transformer, həmçinin Birləşmiş Ərəb Əmirliklərinə məxsus hər yerdə hərəkət edən nəqliyyat vasitəsi daxildir.

Qeyd edilir ki, 2010-cu ildə təsis edilən “Ispace Inc.” şirkəti Ay üçün texnologiyalar hazırlamağı və Yer ilə Ay arasında baha olmayan səfərlərin təşkilini planlaşdırır.

Aya göndərilən modulun hündürlüyünün 2.3 metr, eninin 2.6 metr olduğu bildirilir. Kosmik qüvvələrin Kanaveral burnunda olan stansiyasından “SpaceX Falcon 9” raketinin göyərtəsində kosmosa göndərilən modulun Yerdən 1.5 milyon məsafədə yerləşən nöqtəyə istiqamətləndiyi də qeyd edilir.

Az yanacaq işlətməsi və daha çox yük daşıması üçün raketin Ayın orbitinə daxil olmazdan əvvəl ən uzun, lakin daha səmərəli marşrut seçəcəyi də bildirilir. Onun Ayın şimal yarımkürəsindəki Atlas kraterinə enməsi nəzərdə tutulur.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər