24 C
Baku
Wednesday, October 9, 2024

Yaponiya “Trans-Xəzər” nəqliyyat dəhlizinə maraq göstərir

Oktyabrın 25-də Ümumdünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi (DGK) rəhbərliyinin “Trans-Xəzər” nəqliyyat dəhlizinin imkanlarının araşdırılması və öyrənilməsi məqsədilə ölkəmizdə səfərdə olan Yaponiya nümayəndə heyəti ilə görüşü keçirilib.

Banker.az DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, Şahin Bağırov Yaponiya tərəfinin “Trans-Xəzər” nəqliyyat dəhlizinə maraq göstərməsini qeyd edərək nümayəndə heyətinin bu məqsədlə həyata keçirilən səfərinin uğurlu olacağını ifadə edib.

ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru xanım Narynkul Tagainazar çıxışında Azərbaycanın Avrasiya məkanında müasir nəqliyyat və logistika infrastrukturunu yaratmaqda aparıcı ölkəyə çevrildiyini vurğulayaraq “Trans-Xəzər” nəqliyyat dəhlizinin bölgə ölkələri arasında iqtisadi-ticari münasibətlərin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Takeya Yukihiro dünyada mövcud geosiyasi vəziyyətə nəzər salaraq bu kimi coğrafiyalardan keçən nəqliyyat dəhlizlərinin böyük önəm daşıdığını bildirib, ölkəsinin biznes subyektlərinin də “Trans-Xəzər” nəqliyyat dəhlizinə marağının yüksək olduğunu diqqətə çatdırıb.

 

Son xəbərlər
Digər xəbərlər