Yaponiya turistlərə gündəlik $185 verəcək — $12.5 milyardlıq layihə işə düşür

Yaponiya hökuməti turistlər üçün gündəlik 185 dollar məbləğində xüsusi vauçerlər tətbiq etməyi planlaşdırır.

Bu qərar ölkənin koronavirus pandemiyasında zərər çəkmiş turizm sektoruna yardım məqsədilə qəbul edilib.

Plana əsasən, turistlərə verilən məbləğ gündəlik xərclərin yarısını ödəməyə imkan verəcək. Çeklər kafe, restoran və mağazalarda qəbul olunacaq.

Turistin həmin vauçerleri ala bilməsi üçün Yaponiyada hotel sifariş etməsi vacibdir.

Bu təşəbbüsün iyulun sonunda işə düşməsi gözlənilir. Ümumilikdə bu layihəyə təxminən 12,5 milyard dollar məbləğ ayrılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları