22 C
Baku
Friday, September 27, 2024

Yaponiya Ukraynaya əlavə $300 mln. kredit ayırır

Yaponiya hökuməti humanitar ehtiyaclar üçün Ukraynaya əlavə 300 milyon dollar kredit ayırmağa qərar verib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə ölkənin “NHK” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Baş nazir Fumio Kisida yeni yardım paketini ABŞ Prezidenti Co Baydenin gələn həftə Yaponiyaya səfəri zamanı rəsmi olaraq elan etməyi planlaşdırır.

Xatırladaq ki, mayın 17-si Yaponiya ilə Ukrayna arasında 100 milyon dollarlıq kredit haqqında saziş imzalanıb. Bu məbləğ 300 milyon dollarlıq yardım paketinə daxil olmalı idi. Yeni məbləğlə Yaponiyanın Ukraynaya ümumi yardımı 600 milyon dollara çatmış olur.

Son xəbərlər
Digər xəbərlər